Gəncədə əmək birjaları yaradılıb

Gəncədə əmək birjaları yaradılıb

Ötən il Gəncə Əmək Birjasına müvəqqəti məşğulluğun təmin edilməsi məqsədilə müraciət edənlərdən 496 nəfərinə müvəqqəti xarakterli işlərə göndəriş verilib. Bu ilin 5 ayı ərzində isə 179 nəfərə birdəfəlik qısamüddətli işlə məşğul olmaq üçün kömək göstərilib.

1999-cu ildən bəri ölkədə əhalinin məşğulluğunun gücləndirilməsi, sosial müdafiəyə ehtiyacı olanların və işsiz vətəndaşların müvəqqəti işlə təmin edilməsi məqsədilə əmək birjaları yaradılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Əmək Birjası isə 2005-ci ildən fəaliyyətə başlayıb. Bu müddətdə boş vaxtlarında əlavə qazanc əldə etmək, müvəqqəti xarakterli və birdəfəlik işlə məşğul olmaq istəyən 3000-dən artıq vətəndaş birjada qeydiyyatdan keçib. Daha çox xadimə, dayə, fəhlə, bağban və digər bu kimi peşə sahibləri sifariş olunur. Bu ilin ötən dövrü ərzində əmək birjasına 90 ilkin müraciət olunub.

Qeyd edək ki, birja həftənin 5 günü fəaliyyət göstərir və Gəncə ilə yanaşı, ətraf rayonlardan da müraciətlər qəbul edir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə