Daha 3 kəndə qaz verildi FOTOLAR

Daha 3 kəndə qaz verildi FOTOLAR

Mayın 26-da Cəlilabad rayonunun Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərinə təbii qazın verilişi bərpa olunub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 188 abonenti olan Seyidbazar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16126 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 188 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

83 abonenti olan Hasıllı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5190 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

70 abonenti olan Hacıismayıllı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 4331 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə