Bu gün Qusar rayon İcra Hakimiyyəti və YAP Qusar rayon təşkilatının Qadınlar Şurası ilə birgə Beynəlxalq Ailə günü münasibətilə "Erkən nikahlara yox deyək" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP Qusar rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Qlıçova tədbirdə giriş sözü ilə çıxış edərək ailənin cəmiyyətin və Azərbaycan dövlətinin təməli olduğunu qeyd etmiş və bu gün dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikah məsələsi olduğunu bildirib.
Tədbirdə iştirak edən rayon Mərkəzi Xəstəxanasının həkimi Yelena Tağıyeva,şəhər 1 saylı orta məktəbin müəllimi Rəna Cəfərova, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Sevil Dəmirova,Qusar bələdiyyəsinin sədr müavini Zalikə Qayibxanova və YAP Qusar rayon təşkilatının Gənclər Birliyinin sədri Zeynal Əsgərov tədbir erkən nikahların törətdiyi fəsadlar və xoşagəlməz nəticələr haqqında tədbir iştirakçılarına məlumat verib.
Natiqlər ümumillikdə, bu problemin aradan qaldırılması üçün cəmiyyətdə ailə modelinə münasibətlə bağlı düşüncənin dəyişdirilməsinə, təhsil, din və digər sahələrdə bu məsələ ilə bağlı marifləndirmə işlərin aparılmasına ehtiyac olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB