DİN 2 rayonda səyyar xidmət keçirib

DİN 2 rayonda səyyar xidmət keçirib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, növbəti belə tədbirlər paytaxtın Binəqədi və Xəzər rayonlarında baş tutub.

Binəqədinin Biləcəri qəsəbəsində 223, Xəzər rayonunun isə Türkan, Binə və Zirə kəndlərində keçirilmiş səyyar xidmətlər nəticəsində ümumilikdə 525 nəfərin müvafiq sənədləri qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə