Elçin Quliyev qəbul keçirəcək

Elçin Quliyev qəbul keçirəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev mayın 21-də Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində vətəndaşların qəbulunu keçirəcək. SİA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, qəbulda Şəmkir, Samux, Ağstafa və Qazax rayon sakinləri iştirak edəcək. Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 19-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi lazımdır

Bütün xəbərlər Facebook səhifəmizdə