Canavar sürüsü kəndə hücum etdi

Canavar sürüsü kəndə hücum etdi

Bərdə rayonunun Əyricə kəndində ev heyvanları canavarların hücumuna məruz qalıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Əyricə kənd sakini Mahmud Nəbiyevin şəxsi təsərrüfatına basqın edən yırtıcılar 9 baş xırdabuynuzlu heyvanı tələf edib, xeyli sayda qoyunu isə yaralayıblar.

Qeyd edək ki, hadisə yerinə gələn Bərdə Baytarlıq İdarəsinin əməkdaşları, yırtıcıların hər hansı yoluxucu xəstəliklərin yayıcısı olub-olmadığını müəyyən etmək üçün yaralı və tələf olmuş heyvanlardan nümunələr götürüblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə