Avrasiya İqtisadi Zirvəsi başa çatıb

Avrasiya İqtisadi Zirvəsi başa çatıb

Bu gün İstanbulda XVIII Avrasiya İqtisadi Zirvəsi başa çatıb. Zirvənin sonuncu bölmə iclasında Makedoniya Prezidenti George İvanov, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Türkiyənin keçmiş Prezidenti Abdullah Gül, Çexiyanın keçmiş Prezidenti Vatslav Klaus və başqaları "Bəşəriyyət hara gedir?" mövzusu ilə bağlı çıxışlar ediblər.

Qlobal proseslərin fərqli cəhətlərindən, münaqişə ocaqlarındakı qarşıdurmalardan, irqi və dini ayrı-seçkiliyin nəticələrindən bəhs edən natiqlər dünyada sülh və əmin-əmanlığın qorunmasının vacibliyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, problemlərin yeganə yolu dialoq, inkişaf, qarşılıqlı anlaşma və bərabərhüquqlu münasibətlərdir.

Xatırladaq ki, XVIII Avrasiya İqtisadi Zirvəsinə informasiya dəstəyi verən media sponsorları qrupuna Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də daxil idi./azertag.az/

Bütün xəbərlər Facebook səhifəmizdə