Daxili İşlər Nazirliyi (DİN) Goranboyda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar qəbul keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Goranboy rayonunun Dəliməmmədli şəhərində təşkil olunub. 3 gün ərzində Goranboy Rayon Polis Şöbəsinin müvafiq qurumlarının əməkdaşlarının da iştirak etdikləri xidmət zamanı ümumilikdə, 1250 rayon sakininin sənədləri qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB