GTM 15 illiyə start verdi

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin idarə heyətinin növbəti iclası Mingəçevir şəhərində keçiriib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, iclasın gündəliyinə Mərkəzin regional ofislərinin 2015-ci il üzrə iş planlarının təsdiq olunması, Mərkəzin 15 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi və digər məsələlər daxil edilib.

İdarə heyətinə sədrlik edən Fəxrəddin Həsənzadə iclası giriş sözü ilə açaraq, Mərkəzin 2014-cü ildəki fəaliyyəti, görülmüş işlər və qazanılmış uğurlar barədə məlumat verib.

Gəncə, Mingəçevir, Qarabağ, Aran və Quba regional ofislərinin rəhbərləri çıxış edərək, növbəti dövrdə görəcəkləri işləri təqdim etmiş, planları barədə fikir mübadiləsi aparıblar.

Daha sonra Mərkəzin region ofislərinin iş planları və bir sıra proqram sənədləri təsdiq olunub.

Gənclər üçün Təhsil Mərkəzinin cari ilin sonunda qeyd ediləcək 15 illik yubileyi ilə əlaqədar tədbirlər planı da geniş müzakirə edilib, məsələ ilə əlaqədar bir sıra qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə