Azərbaycanlılar Türingiya Xocalını andılar FOTOLAR

Azərbaycanlılar Türingiya Xocalını andılar FOTOLAR

Almaniyanın Türingiya vilayətində təhsil alan və çalışan azərbaycanlılar Xocalı soyqırımını anıb. Diapsorla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində Xocalı soyqırımına həsr olunmuş "Qurbanları yad etmək üçün xatirəsinə şam yandır!" ("Light a Candle to Remember Victims!") adlı aksiya təşkil edib.

Aksiyada alman və digər ölkələrdən olan nümyəndələr də iştirak ediblər. İştirakçıları soyqırım qurbanlarının xatirəsinə şam yandırıblar. Aksiyaya qoşulan yerli və digər ölkə nümayəndələrinə Xocalı soyqırımı barədə həqiqətlər çatdırılıb. Xocalı qurbanlarının xatirəsinə çox sayda şam yandırdıqdan sonra aksiya iştirakçıları şəhərin mərkəzi meydanına doğru yürüş ediblər. Yürüş zamanı iştirakçılar əllərində Xocalı soyqırımını və erməni vəhşiliyini özündə əks etdirən plakatlar və şəkillər tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə