AGAT Xocalı soyqırımı ilə bağlı kampaniya təşkil edəcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 23-26 fevral 2015-ci il tarixlərində Xocalı soyqrımının 23-cü il dönümünə həsr olunmuş kampaniya həyata keçirməyi planlaşdırır. SİA-nın məlumatına görə, məqsəd Xocalı soyqrımı haqqında həqiqətləri AGAT-ın əməkdaşlıq etdiyi Avropanın vətəndaş cəmiyyəti nümayəndələrinə, Avropa ictimaiyyətinə çatdırmaqdır.

AGAT tərəfindən keçiriləcək kampaniya çərçivəsində 23 fevralda Mərdəkan qəsəbəsində yerləşən uşaq evində Xocalı qurbanlarının ruhuna ehsan süfrəsi veriləcək. 24 fevralda Türkiyənin Uşak şəhərində təhsil alan AGAT-ın nümayəndəsi və digər həmyerlilərimizin təşkilatçılığı ilə Uşak Universitetinin rektoru, şəhər meri və digər rəsmilərin, tələbələrin iştirakı ilə anım mərasimi təşkil olunacaq. 25 fevralda saat 15:00-da "Hillel" Yəhudi Evində (ünvan: B.Səfərəliyeva 22) AGAT və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımının anım mərasimi keçiriləcək. 26 fevralda 1600-ə yaxın beynəlxalq təşkilatlaının, senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına "Stop nasizm and terrorizm!" adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...