Gənclər Xocalı soyqırımını andılar

Gənclər Xocalı soyqırımını andılar

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gənc liderlər Xocalı soyqırımın 23 illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə QHT rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər qeyd ediblər ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.

Gənc politoloq Ramiz Alıyev diqqətə çatdırıb ki, bu cür tədbirlərdə iştirak etməklə özümüzdən sonra gələcək yeni gənc nəsilə bir növ informasiya vermiş oluruq: "Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da Xocalı soyqırımı ilə bağlı apardığı işlər təqdirəlayiq bir hal kimi dəyərləndirilir. Bununla belə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Leyla Əliyevanın apardığı işlər bizləri çox sevindirir".

Tədbirə diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə