Bu gün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin kollektivi peşə bayramlarını qeyd ediblər. SİA-nın məlumatına görə, bu münasibətlə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də nəqliyyat nazirinin müavinləri Musa Pənahov, Arif Əsgərov və "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədovun iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat nazirinin adından yol işçilərini təbrik edib, onlara əməli fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edib ki, bu sahəyə ölkə başçısı cənab İlham Əliyev tərəfindən həmişə diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, böyük tərəqqi, tikinti-quruculuq meydanına çevrilən yol təsərrüfatı son 11 ildə misilsiz uğurlar qazanıb.
Nazir müavini Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, ötən 11 il həqiqətən, yeni bir infrastrukturun yaradılması ilə nəticələnib.
Sonra Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov avtomobil yol işçilərini peşə bayramı münasibətilə təbrik edərək nəqliyyat-yol kompleksinin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. O, bildirib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yol təsərrüfatında aparılan abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət yol işçilərinin məsuliyyətini bir daha artırıb.
Tədbirdə bir neçə işçiyə Nəqliyyat Nazirliyinin və "Azəryolservis" ASC-nin fəxri fərmanları təqdim olunub.
Tədbirin sonunda Cəmiyyətin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB