Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfiri Robert Sekuta ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Robert Sekuta etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB