Gəncə şəhərində dəfn işlərinin aparılması üçün qəbirstanlıqlarda yerlər getdikcə azalır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəbristanlıqlarda torpaq sahələrinin getdikcə azalması vəziyyəti mürəkkəbləşdirir. Ümumiyyətlə bu gün şəhərin müsəlman əhalisi üçün 3 qəbristanlıq var ki, bu qəbristanlıqlar arasında qismən torpaq sahələri 4 saylı yəni yeni səviskar adlanan qəbristanlıqda qalıb. 1 saylı Köhnə səviskar qəbristanlıq deyilən ərazidə ümumiyyətlə torpaq sahəsi qalmadığından dəfn aparılmır. İmamzadə kimi tanınan 3 qəbristanlıqda da vəziyyət heç də ürək açan halda deyil. Təxminən 5 il öncə bu əraziyə dəfn işlərinin aparılması üçün 2 ha torpaq sahəsi verilsə də, bu torpaq sahəsi də artıq tükənib. Torpaq sahələrinin azalmasını əsas səbəblərindən biri də qəbirlərin dəbdəbəli şəkildə götürülməsidr. Qəbirlər daha geniş ərazi ilə götürülür ki, bu da problemin qabarmasına təsir edən faktorlardandır. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb. Vəziyyətdən çıxış yolu kimi isə əlavə torpaq sahələrinin ayrılması gözlənilir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB