“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər müzakirə olunub
Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə komitə sədri Ziyad Səmədzadə komitənin payız sessiyasında görüdüyü işlərdən danışıb. Bildirib ki, payız sessiyasında komitə üzvləri 56 məsələni müzakirə edərək plenar tövsiyyə edib.
Daha sonra komitənin yaz sessiyasında görəcəyi işlər barədə müzakirələr olub.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilməsi barədə müzakirələr zamanı qeyd olunub ki, "Şəhərsalma və Tikinti Məcəlləsi" qüvvəyə minənədək 2013-cü il yanvarın 1-ə qədər inşa edilmiş tikililərdə - hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismarına qəbul aktı olmalıdır.
Həmçinin, bildirilib ki, bu cür tikililərə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara akt sənədi vacibdir.
Qeyd olunub ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərdə - tikintisinə icazə tələb olunun tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə verilir. Həmçinin, tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd olmalıdır. Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi olmalıdır.
Bildirilib ki, 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr olmalıdır.
Layihə müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB