Komitə sədri qəbul keçirəcək

Komitə sədri qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 31 yanvar 2015-ci il tarixində Qusar rayonunda növbəti vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən xəbərə görə, qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi:

(02332) 5 00 18, (02332) 5 00 17, (02338) 5 37 45

Bütün xəbərlər Facebook səhifəmizdə