“20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda toplantı keçirilib FOTOLAR
Bu gün 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş "20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda toplantı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, millət vəkili Qənirə Paşayeva, palitoloq Elman Nəsirli, dövlət orqanları nümayəndələri, Tələbə-gənclər təşkilatlarının, qeyri-hökumət gənclər təşkilatlarının üzvləri, tələbələr və fəal gənclər iştirak ediblər. Tədbirin məqsədi 20 Yanvar faciəsinin növbəti ildönümünün anılması və tarixi faktların gənclərə çatdırılması olub.
Toplantında ilk olaraq 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra qanlı xatirə ilə bağlı videoçarx nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşı, şəhidlərimizin qəhrəmanlığının örnək olduğunu bildirib: "Bakıda daha öncələrdən 20 yanvar faicəsinin ab-havası hiss olunurdu. Ancaq SSRİ-nin tankları xalqa qarşı yönəldəcəyinə heç kim inanmırdı. Hərbçilər tamamilə silahsız xalqımıza qarşı amansız cinayət törətdilər. Onlar silahlar və ağır texnika ilə günahsız insanları öldürürdülər. Ancaq xalqımız azadlıq uğrunda mübarizədən geri çəkilmədi. Silahsız olsalar da, tankların qarşısında dayandılar. Bu hadisələr SSR-nin çökməsinin başlanğıcı oldu".
Millət vəkili Qənirə Paşayeva 20 Yanvar faciəsinin hüzn və qəhrəmanlıq günü olunduğunu qeyd edib: "Hər il yanvarın 20-ni şəhidlərimizin anma, gənclərimizin anlama günü kimi qeyd etməliyik. Gənclərimizin müəyyən hissəsi həmin anların canlı şahidi olmayıb. Onlar bu hadisələri elə öyrənməli, dərk etməlidirlər ki, sanki o anları yaşayıblar.
20 Yanvar faciəsi xalqımızın ədalətsizliyə baş qaldırması, oyanış günü idi. Müharibələrdə təcili tibbi yardım maşınlarına toxunmurlar. Ancaq yanvarın 20-də yaralıları daşıyan təcili tibbi yardım maşınları, konfransa gedən avtomobilərin üzərindən tanklar keçir, pəncərədən baxan, küçələrdə olan insanlar güllə-barana tutulurdu. Bu hərbçilər xüsusi əmrlə gəlmiş qruplar idilər. O zaman Ümummilli Liderimiz Heydər Əliyevi SSR rəhbərliyindən uzaqlaşdırmışdılar. Bilirdilər ki, Ulu Öndər Heydər Əliyev onların istəklərinin həyata keçməsinə imkan verməyəcək. Sovet rəhbərliyi bu hasdisəyə yaşıl işıq yandırmışdı. 20 Yanvar faicəsini törədənlər hələ ədalət qarşısında cavab verməyiblər.
Gənclər şəhidlərimizin qəhrəmanlığını örnək götürməlidirlər".
Politoloq Elman Nəsirli isə 20 Yanvar faicəsinə qiymət verərkən gənclərimizin məsələyə elmi cəhətdən yanaşmalı olduqlarını deyib: "20 yanvar faicəsinə elmi cəhətdən yanaşarkən 3 əsas element nəzərə alınmalıdır. Birinci hadisələr təsvir olunması, ikinci təsvirlər faktlarla əsaslandırılmalı, üçüncü isə məsələ məntiqlə təhlil olunmalıdır. 20 Yanvar faicəsi təsadüfü deyil, planlaşdırılmış şəkildə həyata keçirilib. Burada məqsəd Dağlıq Qarbağın Azərbaycandan alınıb Ermənistana verilməsi idi. Bunu bir qərarla etmək olmazdı. Bu məqsədə SSR-i tədricən, addım-addım nail olmaq istəyirdi. 20 Yanvar faicəsi həm Dağlıq Qarabağın Ermənistana verilməsi, həm də Azərbaycan xalqının cəzalandırılması üçün törədildi".
Daha sonra digərləri 20 Yarvar faciəsi ilə bağlı xatiərələrini bölüşərək, gənclərə bu istiqamətdə məlumatlar veriblər.
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB