Sabah hava necə olacaq? PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin səhər saatlarında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Məlumata görə, bəzi yerlərdə zəif duman olacağı və cənub-qərb küləyinin əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 4-6 isti, gündüz 7-11 dərəcə isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcədə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə