Türkiyədə qar nəqliyyatı iflic edib FOTO

Türkiyədə qar nəqliyyatı iflic edib FOTO

Yanvarın12-dən 13-nə keçən gecə Türkiyənin orta Anadolu və cənub hissəsinə yağan şiddətli qar qəzalara səbəb olub. SİA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, saat 02:03 radələrində nəqliyyat iflic olsa da, qarın yaratdığı problemlərin aradan qaldırılmasına səhər saat 09:00 radələrindən başlanılıb. Hazırda Ankara-Antalya yolunda avtobusların fəaliyyəti tam dayanıb. Şəhərlərarası avtobus nəqliyyatı şirkətlərinin yüzlərlə sərnişini gözləmək məcburiyyətində qalıb. Problemin nə vaxt aradan qaldırılacağı bəlli deyil.


Emin Zaman, Türkiyə

Bütün xəbərlər Facebook səhifəmizdə