64 reys təxirə düşdü

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 8-də ümumilikdə 57 daxili və 7 xarici uçuşu təxirə salıb. SİA-nın aviaşirkətin saytına istinadən verdiyi xəbərə görə, təxirə salınan xarici reyslər arasında Tbilisi, Budapeşt, Aşqabad, Brüssel, Saloniki, Priştina və Skopye reysləri var.

Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar və şaxtalar olub.

Qeyd edək ki, yanvarın 6-7-də "Türk Hava Yolları" ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə