"Vaxtı keçmiş ərzaq məhsullarının piştaxtalara qoyulub satılması istər qanunvericilik baxımından, istərsə də insan hüquqlarının pozulması kimi dəyərləndirilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı Əli Əlirzayev söyləyib.
İqtisadçı bildirib ki, bu, qanunvericilikdə cinayət məcəlləsi ilə tənzimlənir: "Azərbaycanda istehlakçı hüquqlarının qorunması haqqında çox önəmli qanunlarımız mövcuddur. Həmin qanunlara görə, saxta və keyfiyyətsiz məhsul istehsalı ilə məşğul olan, eyni zamanda, yararlılıq müddəti keçmiş məhsulların satışını aparan ticarət obyektləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük miqdarda cərimələr, həmçinin bu tip məhsullardan istifadə zamanı ölüm hadisəsi baş verərsə və sağlamlığa ciddi zərər dəyərsə Cinayət Məcəlləsində müvafiq maddələrə uyğun həbs cəzası nəzərdə tutulub.
Düşünüəm ki, bu cür məhsulların qarşısının alınmasında ictimai fikir də əsas olmalıdır. İnsanlar maariflənib bilməlidirlər ki, aldığı ərzaqın vaxtı keçib ya yox. Mağazanın satıcısı çalışır ki, əlindəki məhsullar satılsın və qazanc əldə etsin. Elə məhsullar var ki, vaxtı keçdikdən sonra istifadə olunarsa insan sağlamlığına ciddi zərər vura bilər, hətta ölüm təhlükəsi də yarada bilər. Əslində istehlakçıların çoxu saxta və vaxtı ötmüş məhsulları alarkən onun istehsal tarixinə, yararlılıq müddətinə və firmanın ünvanına baxmalı, onlar aydın deyildirsə, məhsulu nəinki almamalı, hətta onun piştaxtalardan yığışdırılmasını tələb etməlidir. Hesab edirəm ki, istehlakçıların maarifləndirilməsi və onların öz hüquqlarını bilməsi vacib şərtdir. Əks halda, dələduz ticarətçilər onların həyatını təhlükə qarşısında qoymaqda davam edəcəklər. Onu da diqqətinizə çatdırım ki, bəzi mağazalarda erməni istehsalı olan məhsullar da satılır. Hesab edirəm ki, vicdanı olan sahibkar bu cür hallara yol verməz və belə məhsulları azərbaycanlılara yedirtməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB