Alimlərimizdən möhtəşəm ixtira

Dəniz suyunu məişət yanacağına çevirdilər
Alimlərimizdən möhtəşəm ixtira

Azərbaycanlı alimlər ixtira ediblər. Onlar dəniz suyunu yanacağa çevirən cihaz icad ediblər. Bu cihaz vasitəsilə alınan yanacaq təbii qazdan dəfələrlə ucuz başa gəlir. Üstəlik ekoloji cəhətdən də daha təmizdir. Dünayada alternativ enerjinin aktual olduğu bir dövrədə azərbaycanlı elm adamları dəniz suyunu məişət yanacağına çevirən cihaz ixtira ediblər.

İxtiranın müəllifləri, Mürəvət Qəribov və Yusif Abdullayev deyirlər ki, 10 ildir bu ideya üzərində işləyiblər son üç illlərini isə cihazın ərsəyə gəlməsinə sərf ediblər.

Beləcə Dünya praktikasında ilk dəfə dəniz suyundan yanacaq alınıb. Hazırlanan bu qurğudan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə təmiz olur.

İxtiranın ən böyük üstünlüyü ondan ibarətdir ki, xammalın tapılması ilə bağlı heç bir problem yoxdur. Təbii ki, duzlu su hövzəsində olan ölkələr üçün.

Maraqlısı budur ki, cihaz cəmi 5 min dollara başa gəlib. Qeyd edək ki, ixtira tam təsdiqlənib və patentdə verilib. İndi isə müxtəlif ölkələrdə bu ixtiranın təkmilləşdirilib avtomobillərə tətbiqi üzərində iş gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə