Azərbaycan Prezidenti: “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir

Azərbaycan Prezidenti: “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir

2014-cü il sentyabrın 20-də biz "Əsrin müqaviləsi"nin 20-ci ildönümünü qeyd etmişik. Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. "Cənub" qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir.

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. "Şahdəniz-2", TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə