Bu gün Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
O deyib ki, bu gün axşam saat 22:00-dan Tbilisi prospektinin Şəfaət Mehdiyev küçəsi ilə kəsişmədən İzmir küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB