YAP Səbail rayon təşkilatı təbliğat kapmaniyasını uğurla davam etdirir

YAP Səbail rayon təşkilatı təbliğat kapmaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında partiyadan bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini, rayon təşkilatının Seçki Qərargahının sədri Muxtar Nağıyev dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işlərindən danışıb. Təşkilatın sədr müavini qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əmin olduğunu bildirib. Qeyd olunub ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək müstəqil dövlətimizin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin biri-birini əvəzləyən uğurlarına atdığı imza onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.

Tədbirdə çıxış edənlər bələdiyyə seçkilərinə hazırlıq işlərindən, YAP-ın yaranma tarixindən, Azərbaycanın iqtisadi inkişafından danışıb, seçiciləri fəal olmağa çağırıblar.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirən YAP xalqımızın ən çox inandığı və etimad göstərdiyi siyasi təşkilatdır. Partiyanın ölkədə böyük nüfuza malik olması onu deməyə əsas verir ki, YAP əvvəlki siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərdə də qalib gələcək.

Görüşdə Seçki Məcəlləsinə uyğun olaraq təbliğat-təşviqat işlərinin istiqamətləri haqqında məlumat verilib. Bu işlərin yüksək səviyyədə aparılmasına dair müzakirələr olub.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə