Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə dekabrın 19-da Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. SİA-nın xəbərinə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı dekabrın 17-də saat 9-dan 18-dək Xaçmazda 5 nömrəli yol istismarı idarəsində (Xaçmaz rayonu, Müşfiq qəsəbəsi), Qubada 6 nömrəli yol istismarı idarəsində (Quba şəhəri, Qasım İsmayılov küçəsi, 43), Qusarda 7 nömrəli yol istismarı idarəsində (Qusar şəhəri, Nürəddin Şərifov küçəsi, 71) aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB