Beynəlxalq İnsan Hüquqları günü Bakıda da qeyd edildi

Beynəlxalq İnsan Hüquqları günü Bakıda da qeyd edildi

Bu gün Bakıda A zərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə "Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbir 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci və Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunub.

Konfransda söz alan ombudsman Elmira Süleymanova insan hüquqları ilə bağlı qəbul edilən sənədlərdən danışıb. O bildirib ki, qəbul edilən bütün sənədlər insan hüquqları ilə bağlı problemlərin həllində böyük əhəmiyyətə malikdir. E. Süleymanova həmçinin söyləyib ki, sözügedən sahə Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericiliyimizdə də öz əksini tapıb.
Çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin dünyada ən çox istinad olunan sənəd olduğunu vurğulayıb. Bildirilib ki, insan hüquqlarının təşviqi BMT-nin əsas məqsədlərindən biridir. Təşkilat Azərbaycan dövləti ilə insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə əməkdaşlığını daha da genişləndirməyə hazırdır.

Daha sonra tədbirdə Azərbaycanda qadın və uşaq hüquqlarının təminatı və inkişafı və digər məsələlər müzakirə edilib.

Sonda Hüquqlar hamı üçün!", "Mən və hüquqlarım" mövzusunda keçirilən müsabiqələrinin qalibləri müküfatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə