AVCİYA Şirvanda seminar keçirdi

AVCİYA Şirvanda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı növbəti regional seminarları Şirvanda keçirib. AVCİYA-dan SİA-ya verilən xəbərə görə, seminarda Şirvanla ilə yanaşı ətraf rayonlarının nümayəndələri də iştirak edib. Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri, t.e.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimi-siyai vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib. Bundan başqa məruzəçi assosiasiyanın seçkilərlə bağlı bu günə qədər gördüyü işlər,yerli özünüidarənin beynəlxalq təcrübəsi, bələdiyyə seçkilərinin Azərbaycan üçün əhəmiyyəti və s. barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda məruzəçi, seminar iştirakçılarının müxtəlif suallarına cavab verib, bələdiyyə seçkiləri ərəfəsi prosesin sakit keçməsinin səbəbini seçki kampaniyasının hələ başlamaması ilə əlaqələndirib. O, qeyd edib ki, dekabrın 1-dən etibarən seçki fəallığının yüksələn xətt üzrə artaçağının şahidi olacağıq.

AVCİYA regional seminarları dekabrın 15-dək yekublaşdırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə