Dünən gecə təcili yola çıxan Ermənistan prezident Serj Sarkisyan axır ki, Xənkəndinə gəlib çıxıb. Ermənistan prezidentinin bu barədə açıqlama yayan mətbuat xidməti blefə əl atıb və Serj Sarkisyanın Xankəndiyə helikopterlə gəldiyini bildirib.
Xəbərə görə, Sarkisyanı Xənkəndi hava limanında yerli işğal rejiminin rəhbəri Bako Saakyan qarşılayıb. Xəbərə əlavə kimi yayılan şəkildə hər ikisinin hərbi geyimdə olduğu görünür. Yəni mətbuat xidməti erməni prezidentin Qarabağa helikopterlə gəldiyini göstərməklə onun Azərbaycandan qorxmadığını sübut etməyə çalışıb.
Amma elə özünün yaydığı şəkillərdə Sarkisyanın helikopterdən necə qorxa-qorxa düşdüyünü rahatca görmək olur. Sanki tez düşüb aradan çıxmağa çalışır ki, birdən, Ağdamda hilekopteri vuran mərmi onu da yaxalayar.
Yəni erməni prezidentin ciyəri var idisə, erməni xalqına Azərbaycandan qorxmadığını sübut etməyə çalışırdısa, Xankəndiyə təyyarə ilə gələydi. Helikopterlə dərələrin arası ilə, yaşayış məntəqələrinin üzəri ilə aşağı hündürlükdən uçub Azərbaycan radarlarından qaçmağa nə var ki?
Bir də Sarkisyanın Qarabağdan əvvəlki dayanacağı Göyçə mahalı (Geqarkunik vilayəti) olub. Orda hərbi təlim adına bir-iki "Katyuşa"nın mərmi atmasına baxıb. Bölgəni yaxından tanıyanlar bilir ki, Kəlbəcər yolu ilə Göyçədən Xənkəndiyə yarım saata avtomobillə rahat gəlmək olur. Bunun üçün helikopterə minməyə nə hacət vardı?.
Sadəcə, Serjik qorxub ki, birdən Kəlbəcərdə qohumlarının məzarını ziyarət etməyə gələn növbəti Dilqəm Əsgərova rast gələ bilər. Onda Serji həmin azərbaycanlının əlindən fələk də ala bilməzdi./anspress/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB