“Bayrağımız qürur mənbəyimizdir!” mövzusunda rəsm sərgisi keçirilib
Bu gün Dövlət Bayrağı muzeyində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə "Bayrağımız qürur mənbəyimizdir!" mövzusunda rəsm sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə 30 gənc rəssamın əsərləri nümayiş etdirilib. Əsərlərdə Dövlət Bayrağı Muzeyində nümayiş olunan Azərbaycanın tarixi bayraqları, müstəqil Azərbaycan dövlətinin bayrağı, eləcə də dövlət atributlarını öz əksini tapıb. Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan atributlarını rəngkarlıq əsərləri vasitəsi təbliğ etməkdir.
Dövlət Bayraq Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov bildirib ki, Azərbaycanın dövlət bayrağı ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli-mənəvi dəyərlərimizə sadiqliyimizi nümayiş etdirir. 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Biz Dövlət Bayraq Meydanı Kompleksi İdarəsi olaraq dövlət atributlarının təbliği istiqamətində mütəmadi iş aparırıq və vətənpərvərlik ruhunun gənc nəsil arasında daha da artırılması üçün hər il məktəblilər arasında "Bayrağımız qürur mənbəyimizdir!" mövzusunda rəsm sərgisi təşkil edirik".
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Qəzənfər Qasımov və Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi çıxış edərək diqqətə çatdırıblar ki, bayrağımız xalqın milli dövlətçilik ənənələrini, birliyini eləcə də, milli-mənəvi dəyərlərlə ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Sonda isə "Bayrağımız qürur mənbəyimizdir!" mövzusunda təşkil olunan rəsm sərgisinin qalibləri mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB