BMT-nin baş katibi Pan Gi Mun ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı deyib ki, Cənubi Qafqaz regionundakı uzunmüddətli münaqişələr ATƏT-i və BMT-ni narahat edir.
AzərTAc ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, baş katib insanların həyatını yaxşılaşdırmağın ortaq vəzifə olduğunu bildirib. O deyib ki, sülh və inkişaf eyni medalın iki üzüdür. Əgər biz sabitlik və təhlükəsizlik istəyiriksə, davamlı olaraq inkişaf etməli və insan hüquqlarına hörmətlə yanaşmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB