Mübariz Qurbanlı: “Yaxın vaxtlarda “Məzarlıqlar” haqqında qanun qəbul ediləcək”
"Azərbaycanda "Məzarlıqlar" haqqında qanun qəbul ediləcək". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq qanun layihəsi hazırdır: "Bu qanun layihəsinə Nazirlər Kabinetində də baxılıb. Həmçinin ayrı-ayrı Nazirliklərin bununla bağlı rəyləri alınıb. Bizim komitə də layihəyə rəy verib. Yaxın günlərdə qanun layihəsi Milli Məclisə də təqdim ediləcək. Qanun layihəsi Nazirlər Kabinetinin qərarı və ya Milli Məclisin qanunu kimi qəbul edilə bilər".
M. Qurbanlı bildirib ki, "Məzarlıqlar" haqqında qanun layihəsində məzarlıqların salınması, yerləşdiyi ərazi və digər məsələlər öz əksini tapıb: "Məzarlar dinimizin qaydalarına uyğun olaraq qalacaq və burada heç bir dəyişiklikdən söhbət gedə bilməz. Lakin məzarlar standart formaya salınacaq. Bundan sonra məzarların birinin digərindən fərqlənməsi müşahidə olunmayacaq. Eyni zamanda məzarlar, sıra və qayda ilə olacaq. Bu həm İslam dininin, həm də qanunun tələblərinə uyğun şəkildə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB