"Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Qadın məsələləri üzrə məsul Nazirlərinin V Konfransında bir sıra mühüm məsələlər müzakirə olunacaq və qərarlar qəbul ediləcək". Bu sözləri SİA-ya Qəmər Adalarının Məşğulluq, Əmək, Peşə təhsili və Qadın Sahibkarlığının İnkişafı Nazirliyinin nümayəndəsi Mme Sitti Kassim Soufou konfransın əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, konfransda qadınların bacarıqlarının daha da gücləndirilməsi, onların iqtisadiyyata inteqrasiya etməsi məsələsi aktual problemlər sırasındadır. Bizim əsas məqsədimiz bu kimi problemləri həll etməkdən ibarətdir. Biz qadınların cəmiyyətdəki rolunun artmasına çalışmalıyıq. Bildiyiniz kimi konfransın sonunda Bəyənnamə qəbul ediləcək ki, bu da qadınların cəmiyyətdəki rolunun artmasına, onların şəraitinin yaxşılaşdırılmasına, bacarıqlarının daha da möhkəmləndirilməsinə, həmçinin də onların iqtisadiyyata inteqrasiyasında mühüm rola malik olacaq".
Azərbaycan haqqında təəssüratlarını bölüşən Mme Sitti Kassim Soufou ölkəmizə ilk dəfə gəldiyini bildirib.
O azərbaycanlılara həsəd apardığını da dilə gətirib: "Mən azərbaycanlılara belə bir şəhərləri olduqları üçün həsəd aparıram. Bundan əlavə Azərbaycanın alicənab Prezidenti var. Həm dövlətinizin başçısı, həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz xalqının qayğısına qalır, onlarla maraqlanır. Ümumiyyətlə Azərbaycanda xalqın rifahı naminə çox böyük işlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB