Bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi "Beynəlxalq Yoxsulluqla Mübarizə Günü" ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü il sosial-iqtisadi inkişafının yekunlarına və yoxsulluğun azaldılması ilə bağlı çıxışının video görüntüsü ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər İcra hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman bütün tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, BMT tərəfindən qəbul olunmuş "Beynəlxalq Yoxsulluqla Mübarizə Günü" Müstəqilliyin ilk illərində ölkəmizdə də yoxsulluq səviyyəsinin çox yüksək faizlə ölçüldüyünü deyən G. Nəriman bu gün əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımların atıldığını və yoxsulluq həddinin ildən ilə azaldığını tədbir iştirakçıların diqqətinə çatdırıb.
Bakı Şəhər İcra hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov tədbirin mahiyyətindən və onun yaranması tarixindən danışıb. Diqqətə çatdırıb ki, "Beynəlxalq Yoxsulluqla Mübarizə Günü" 1992-ci ilin 22 dekabr tarixində BMT Baş Məclisi tərəfindən rəsmən təsis olunub.
Həmçinin tədbirdə müstəqilliyimizin ilk illərində, yoxsulluq faizinin yüksək həddə çatdığı bir dövrdə yoxsulluğa düçar olan, valideyn himayəsindən kənar uşaqlarımızın ağrılı-acılı həyatından, yaşayış tərzindən bəhs edən, rejissor Gültəkin Nəriman "Kimsəsiz Kobra" adlı sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB