Azərbaycan müstəqilliyini ilk dəfə ötən əsrin əvvəllərində qazanıb. Lakin bu müstəqilliyin cəmi 23 ay ömrü olub. XX yüzilliyin sonlarında, Sovet İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində xalqımız ikinci dəfə müstəqilliyinə qovuşub. Bu fikirlər oktyabrın 14-də Ağsu Rayon Mərkəzi Kitabxanasında mədəniyyət işçilərinin, ziyalıların iştirakı ilə keçirilən "dəyirmi masa"da səsləndirilib.
Bildirilib ki, dövlətçilik tarixi hər bir xalqın siyasi manifesti, örnək və qurur mənbəyidir. Min illər boyu zamanın sərt sınaqları ilə üzləşən Azərbaycan müdrik, aqil və cəsur insanlarının şəxsində bir məmləkət kimi yaşayıb, öz varlığını qoruyaraq saxlayıb. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Ulu Öndərimiz çətin tarixi dönəmdə nəinki müstəqilliyimizin qorunub saxlanılmasında, habelə dövlət quruculuğunda, iqtisadi dirçəlişdə, Azərbaycanın dünyaya inteqrasiyasında misilsiz xidmətlər göstərib.
"Dəyirmi masa"da Ümummilli Liderin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan danışılaraq bu dahi insanın Azərbaycan mədəniyyətinin əsl hamisi olduğu vurğulanıb.
Tədbirin sonunda "Heydər Əliyev- mədəniyyətimizin hamisidir" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB