Biləsuvarda 800-dən çox ailəyə qurban payı verilib

Biləsuvarda 800-dən çox ailəyə qurban payı verilib

Qurban bayramı Biləsuvar rayonunun bütün yaşayış məntəqələrində böyük sevinclə qeyd olunub. Mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə keçirilən mərasimlərdə rayon rəhbərliyi, kənd və qəsəbə sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, xalqımız yüz illər boyu Qurban bayramını əziz bayramlarından biri kimi qeyd edir.
Mərasimlərdə Azərbaycanın milli və mənəvi dəyərlərinin dünyada təbliği istiqamətində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib.
Bayram mərasimlərində qurbanlar kəsilib, 800-dən çox əlilə, aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına bayram sovqatı paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə