AMEA nəzdində Biofizika İnstitutu yaradılacaq

AMEA nəzdində Biofizika İnstitutu yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Biofizika İnstitutu yaradılacaq. SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən paneldə çıcış edərkən deyib. A. Əlizadə bildirib ki, Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutt bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Azərbaycanda biofizikanın inkişafı ilə bağlı təkliflə çıxış edib. Dövlət başçısı da bununla bağlı AMEA-ya tapşırıq verib: "AMEA-da artıq Biofizika Mərkəzi yaradılıb. AMEA nəzdində Biofizika İnstitutunun yaradılmasını planlaşdırırıq və inanırıq ki, Corc Ficerald Smutt kadrların hazırlanmasında da Azərbaycana dəstəyini əsirgəməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə