Göygöldə istirahət edən turistlərin sayı artıb

Göygöldə istirahət edən turistlərin sayı artıb

Göygöl rayonunda istirahət edən turistlərin sayı ötən illərlə müqayisədə artıb. Mədəniyyət və Turizm şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu il Göygöl rayonuna gələn turistlərin sayı ötən illə müqayisədə 2000 nəfər çoxdur. Rayona Türkiyə, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, Rumıniyadan da turistlər gəlib. Bura gələn turistlər 5 turist marşrutu xətti üzrə Göygölün tarixi abidələri, istirahət mərkəzləri ilə tanış olublar.

Qeyd edək ki, hazırda Göygöldə mövcud olan 32 yerli və respublika əhəmiyyətli tarixi abidələr dövlət tərəfindən qorunur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə