Boru kəmərinin keçəcəyi torpaqların sənədləri təqdim edilir
Cənub qaz dəhlisinin təməli qoyulandan sonra "ASAN xidmət" layihə ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinə başladı.
Xidmətin avtobusları sənədləşmə işi üçün boru kəmərinin keçəcəyi ərazilərə göndərilib. İşlərə Hacıqabul rayonundan başlanıb.
Layihəyə əsasən Boru kəmərinin keçəcəyi torpaqların sənədləri vaxt itkisi olmadan hazırlanaraq sahiblərinə verilir.
"ASAN xidmət"in səyyar avtobusları boru kəmərinin keçəcəyi Abşeron, Kürdəmir, Yevlax, Tərtər, Göranboy, Şəmkir, Samux, Tovuz və Ağstafa rayonlarında da fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB