ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir

ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir

ADA Universitetinin İxtisasartırma Proqramları 8-16 sentyabrda xarici diplomatlar üçün təlim kursu keçirəcək. SİA-nın xəbərinə görə, təlim kursunun açılışında ADA Universitetinin rektoru, xarici işlər nazirinin müvaini Hafiz Paşayev iştirak edəcək.

Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri var.

Qeyd edək ki, kursun iştirakçıları arasında Qazaxıstan, İordaniya, Küveyt, Livan, Özbəkistan, Türkiyə, Malayziya, Pakistan, İndoneziya, Banqladeş, Mərakeş, Bəhreyn, Yəmən, Sudan və Tacikistanın Xarici İşlər Nazirliyində çalışan yüksək çinli 15 diplomat var.

Bütün xəbərlər Facebook səhifəmizdə