"ASAN Könüllüləri" Gənclər Təşkilatı tərəfindən təşkil olunan I Yay Məktəbi davam edir. SİA-nın xəbərinə görə, 60 iştirakçını Mingəçevir şəhərinə bir araya toplayan layihənin əsas məqsədi iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdir.
6 komandaya bölünən iştirakçılara layihələrin idarə olunması, natiqlik və digər mövzularda təlimlər keçirilib.
Yay Məktəbinin bağlanış mərasimində (29 avqust) gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov tərəfindən nitq söylənəcək və layihələr qiymətləndirələcək.
Qiymətləndirmə əsasında ilk üç yeri tutan komandaların layihələri Təşkilat tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB