Britaniyanın beynəlxalq Mexaniki Mühəndislər Təşkilatı (MMT) Azərbaycan mühəndislərinin peşəkarlığından bəhs edən məqalə yayımlayıb.
Təşkilatın ölkəmizi ziyarət edən əməkdaşı Raçel Liç MMT-nin rəsmi saytındakı qeydlərində bp-də çalışan azərbaycanlı mühəndislərin peşəkarlığından və təşkilata üzv olmalarından məmnunluq duyduğunu bildirib.
Məqalədə, həmçinin bp-nin Azərbaycanda fəaliyyətindən və ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıqdan bəhs edilib. Bu gün Xəzər dənizinin dünyanın aparıcı karbohidrogen bölgələrindən biri olduğu qeyd edilir. Vurğulanır ki, Azərbaycanda neft sənayesinin inkişafı bütövlükdə regionun sosial və iqtisadi tərəqqisinə təkan verib. Bu uğur Azərbaycan, Gürcüstan və Türkiyəyə verdiyi böyük fayda ilə qiymətləndirilir.
Məqalənin tam mətni ilə http://www.imeche.org/news/engineering/bp-azerbaijani-engineers-gain-professional-registration linkində tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB