Məktəblilər Qəbələdə musiqili-əyləncəli və intellektual oyunlarda iştirak ediblər
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının Qobustan və Hacıqabul rayonlarından olan iştirakçıları İsmayıllı ilə tanışlıqdan sonra avqustun 10-da Qəbələyə gəliblər. Qəbələdəki "Qafqaz Yeddi Gözəl" otelində yerləşdirilən 80 şagirdə bu rayonun coğrafi mövqeyi, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib, onların sualları cavablandırılıb. Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Məktəblilər proqrama uyğun olaraq avqustun 11-də rayonun tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB