Qubada ayı arı pətəklərini dağıtdı FOTO

Qubada ayı arı pətəklərini dağıtdı FOTO

Quba rayonunda fermer Əziz Ələkbərova məxsus şəxsi təsərrüfatı ayı hücumuna məruz qalıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə avqustun 2-dən 3-nə keçən gecə Quba-Xınalıq yolunun 52-ci kilometrliyindəki Cek kəndində baş verib. Təsərrüfatın əməkdaşı Zəfər Əzizov isə hadisənin baş verdiyi gecə həyətdə hənirti eşitdiyini, amma ayıdan çəkinərək bayıra çıxmadığını deyib.

Onun sözlərinə görə, ayı təsərrüfatın fəaliyyət göstərdiyi sahəyə girərək burada olan arı pətəklərini məhv edib.

Ayının təsərrüfata vurduğu ziyan isə ertəsi gün məlum olub. Belə ki, təsərrüfatın həyətinə girən ayı, arı pətəklərini dağıdıb. 20-yə yaxın arı ailəsini məhv edib və 4-5 kq balı yeyərək, ümumilikdə təsərrüfata təxminən 500 manata yaxın ziyan vurub.

Qeyd edək ki, Əziz Ələkbərov fikirlərini, vəhşi heyvanlar arasında sadəcə ayının bal sevməsi ilə əsaslandırıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə