GTM abituriyentlərə fasiləsiz xidmət göstərəcək

GTM abituriyentlərə fasiləsiz xidmət göstərəcək

Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən İxtisas Planlama Mərkəzi 24 iyul – 5 avqust tarixlərində abituriyentlərə fasiləsiz xidmət göstərəcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə bu gün ölkəmizdə əksər gənclər ixtisas seçimi zamanı gələcəkdə quracaqları karyera haqqında düşünmürlər. Onlar əsasən seçim etdikləri ixtisası həmin sahənin nüfuzuna görə təyin edirlər. Bunun nəticəsidir ki, cəmiyyətimizdə bəzi sahələrdə kadr çatışmazlığı ,bəzilərində ilə kadr artıqlığı mövcuddur.Məhz İxtisas Planlama Mərkəzinin köməkliyi ilə abituriyenlər seçəcəkləri ixtisas haqqında ətraflı məlumat ala,ölkə daxilində həmin ixtisasa göstərilən tələb ilə tanış olmaqla bərabər , həmçinin ekspertlərin ixtisas kodlaşdırma haqqında konsultasiya xidmətindən yararlana biləcəklər.

Əlavə məlumat üçün abituriyentlər Gənclər üçün Təhsil Mərkəzinin ofisinə ,həmçinin [email protected] elektron ünvanına online müraciət edə bilərlər. Müraciətlərə 5 avqust 18:00 tarixinədək baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə