Sərnişin təyyarəsi vurmuş dövlətlər STATİSTİKA

Tarixdə bu günə qədər bir neçə ökənin təyyarələri vurulub ki, təyyarələri vuran ölkələr də eynidir
Sərnişin təyyarəsi vurmuş dövlətlər STATİSTİKA

İki əvvəl Ukrayna ərazisində Hollandiyadan Malayziyaya uçan "Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsi vuruldu. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 298 sərnişin həlak olub. Ölənlərdən192-si Hollandiya vətəndaşı olub və onlardan biri ikinci vətəndaşlığa - ABŞ vətəndaşlığına sahib olub.

Bundan başqa təyyarədə 44 Malayziya vətəndaşı (15 heyyət üzvü daxil olmaqla), 27 Avstraliya, 12 İndoneziya vətəndaşı var. Qəzanın daha 10 qurbanı Böyük Britaniya vətəndaşıdır, onlardan birinin ikinci vətəndaşlığı - Cənubi Afrika Respublikası vətəndaşlığı olub. Ölənlər arasında dörd alman və bir o qədər belçikalı, üç fillipinli, bir Kanada vətəndaşı və bir Yeni Zellandiya vətəndaşı var.

İki gün əvvəl təyyarənin vurulması ilk belə hadisə deyil. Belə ki, tarixdə bu günə qədər bir neçə ökənin təyyarələri vurulub ki, təyyarələri vuran ölkələr də eynidir - İsrail, Ukrayna, ABŞ, keçmiş SSRİ və Ermənistan. Həmin hadisələri xronoloji ardıcıllıqla təqdim edirik.

İsrailin "Fantom" qırıcı təyyarələri tərəfindən 1973-cü il fevraın 21-də naviqasiya səhvi ucbatından Sinayın hava məkanında İsrail aviabazalarından birinin yerləşdiyi rayonda Liviyaya məxsus "Arab Airlines" aviaşirkətinin "Boinq-727" təyyarəsi vurulub və 216 sərnişin həlak olub.

Bu hadisədən 7 il sonra Tirren dənizindəki Ustika ada rayonunda 1980-cı il iyulun 27-də "hava-hava" tipli raketlə göyərtəsində 81 nəfər olan İtaliyaya məxsus "İtavia" aviaşirkətinin DC-9 sərnişin təyyarəsi vurulub. Bütün sərnişinlər həlak olublar. Ehtimallardan birinə əsasən layner Liviya və NATO təyyarələri arasında baş verən hava döyüşü ərazisinə daxil olub və səhvən vurulub.

Sovet qırıcı təyyarəsi 1983-cü il sentyabrın 1-də Oxot dənizi üzərində SSRİ hava məkanına daxil olan Cənubi Koreyaya məxsus "Boinq-747" laynerini vurub. Ümumilikdə göyərtədəki 269 nəfər ölüb.

ABŞ raket kreyseri "Vinsennes"(Vincennes) Fars körfəzi üzərində 1988-ci il iyulun 3-də raketlə "Iran Air" şirkətinə məxsus Airbus A300B2-203 sərnişin təyyarəsini vurub. 15 heyət üzvü də daxil olmaqla 290 nəfərhəlak olub. Sərnişinlər arasında 66 uşaq olub. ABŞ hökuməti İran təyyarəsinin səhvən İran HHQ məxsus F-14 qırıcı təyyarəsi kimi qeydə alındığını bildirib. İran hökuməti kreyserin bilərəkdən sərnişin təyyarəsinə hücum etdiyini bildirib.

ABŞ-ın o vaxtkı vitse-prezidenti (böyük) Corc Buş 1988-ci ildə bildirib: "Məni heç vaxt heç bir fakt maraqlandırmır, mən ABŞ adından heç vaxt üzr istəməyəcəyəm" ("I will never apologize for the United States of America, I don’t care what the facts are").

Erməni separatçıları 1994-cü il martın 7-də Xankəndi yaxınlığında İran HHQ-nə məxsus, göyərtəsində iranlı diplomatların ailəsi olan S-130 hərbi-nəqliyyat təyyarəsini Dağlıq Qarabağ üzərində vurublar. Təyyarənin göyərtəsində Novruz bayramını qeyd etmək üçün Tehrana yollanan İranın Moskvadakı səfirliyinin əməkdaşlarının ailələri olub. İranın Moskvadakı səfirliyi aviaqəza nəticəsində 9 uşaq da daxil olmaqla 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həlak olması barədə məlumat verib.

Ermənilərin təyyarənin vurulmasında iştiraklarını inkar etmələrinə baxmayaraq, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İran tərəfinə təyyarənin ermənilərin ixtiyarında olan Osa zenit-raket kompleksi vasitəsilə vurulması barədə sübutlar təqdim edib. MTN bundan başqa Ermənistanın günahını təsdiq edən erməni danışıqlarının yazısını çatdırıb. Mövcud yazıda ermənilər, "bizim tərəfdən Azərbaycan təyyarəsi vurulub" - kimi şadyana xəbərlər ilə bölüşüblər.

Təl-Əviv-Novosibirsk reysi ilə uçan "Sibir" aviaşirkətinə məxsus "Tu-154" avialayneri 2001-ci il oktyabrın 4-də Qara dəniz üzərində Ukrayna Hava Hücumundan Müdafiəsinin açdığı təlim atəşi zamanı S-200 raket kompleksi ilə vurulub. Laynerin göyərtəsində olan 66 sərnişin və 12 heyət üzvü həlak olub. Sərnişinlər Rusiya, İsrail və ya ikili vətəndaşlığa sahib olublar.

Son olaraq 17 iyul 2014-cü il Amsterdam-Kuala-Lumpur reysini həyata keçirən "Malaysia Airlines" aviaşirkətinə məxsus, göyərtəsində 298 sərnişin olan "Boinq 777" təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə