İslam alimlərinin İstanbul Forumu bu gün yekunlaşacaq

İslam alimlərinin İstanbul Forumu bu gün yekunlaşacaq

İstanbulda "Sülh, asayiş və sağlam düşüncənin bərqərar olması üçün İslam alimlərinin təşəbbüsü" mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın Qafqaz Müsəlmanlar Odarəsinin saytına istinadən verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Diyanət Başqanlığının dəvəti ilə tədbirə dünyanın yüzdən artıq tanınmış din, dövlət və siyasət xadimləri qatılıb.

Konfransın əvvəlində Qurani-Kərimin ayələri tilavət olunub. Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan açılış mərasimində qonaqlar qarşısında nitq söyləyib.

Sonra Türkiyənin Diyanət Başqanı Mehmet Görmez konfessional ixtilaflarla parçalanmış müasir dünyada müsəlman alimlərinin rolu barədə məruzə edib. Bu məruzə ətrafında müzakirələrdə çıxış edənlər bildiriblər ki, məzhəblərin yaxınlaşdırılması İslam ümmətinin vəhdətinin əldə olunması üçün yeganə yoldur və dövrümüzün əsas problemi İslam şüarları altında gizlənmiş terrorçuluqdur.

Forum işini bu gün yekun sənədin qəbulu ilə başa vuracaq. "Sülh, asayiş və sağlam düşüncənin bərqərar olması üçün İslam alimlərinin təşəbbüsü" mövzusunda keçirilən Beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsini sədrin birinci müavini, Müfti Hacı Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev də çıxış edib. İslamın ilk mərinin "Oxu!" olduğunu xatırladan Müfti bildirib ki, bu məsələdə din alimlərinin üzərinə böyük məsuliyyət düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə