Azərbaycanda taxıl istehsalı 18,2 faiz artıb

Azərbaycanda taxıl istehsalı 18,2 faiz artıb

Respublikada tarlalarda və meyvə bağlarında bitkiçilik məhsullarının yığımı davam edir. SİA-nın məlumatına görə, iyulun 1-i vəziyyətinə ilkin çəkidə 1779,1 min ton taxıl (qarğıdalı daxil olmaqla) yığılıb. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 18,2 faiz çoxdur.

Mövsümün əvvəlindən sahələrdən 260,7 min ton kartof, 342,4 min ton tərəvəz, 44,2 min ton ərzaq üçün bostan məhsulları, 90,8 min ton meyvə və giləmeyvə, 58,6 ton tütün yarpağı, çay plantasiyalarından 230,4 ton yaşıl çay yarpağı yığılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə