İyulun 9-da Böyük Britaniya parlamentində hökumət texnologiyalarının müzakirəsinə dair keçirilən dəyirmi masada korrupsiyanın aradan qaldırılması və səmərəliliyin artmasına istiqamətlənmiş "Azerbaijani Service and Assessment Network" ASAN xidmətinin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib. SİA-nın xəbərinə görə, dəyirmi masa parlament üzvü Bob Bləkmanın təşəbbüsü ilə "Total Politics" jurnalı və Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub. Tədbirdə qeyd olunub ki, ASAN müxtəlif dövlət idarələrinin xidmət sahələrinin bir çətir altına gətirilməsi prinsipi ilə 29 özəl və 150 ictimai xidmət təklif edilir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasi bildirib ki, bu təşəbbüs Azərbaycan rəhbərliyi tərəfindən yürüdülüb: "İlk ASAN mərkəzi 2013-cü ilin yanvarında, sonuncu altıncısı isə 2014-cü ilin mayında fəaliyyətə başlayıb. Hər bir mərkəz gündə azı 2 min vətəndaşa xidmət göstərir və indiyə qədər xidmətdən 2 milyondan artıq insan istifadə edib. Biz, gələn ilin sonunadək bu xidmət şəbəkəsinin bütün ölkəni əhatə etməsini planlaşdırırıq. Başlıca məqsədimiz Azərbaycan vətəndaşları üçün xidmətlərin əlçatan olmasının və səmərəliliyinin təmin edilməsidir. ASAN xidmət mərkəzləri korrupsiyadan tamamilə azad və şəffaf məkan kimi tanınıblar. Bizim mühəndislər özlərinin yaratdıqları növbə gözləmə sisteminə uyğun olaraq, sifarişlər internet vasitəsilə verilə bilir və sifarişçilərin verdikləri sifarişə nə zaman baxılacağı haqda dəqiq məlumatı olur. Bundan başqa, onlar, növbələrinin çatması haqda öz telefonlarına bildiriş mesajı da alırlar. Bu isə, əlavə vaxt itkisinin və vətəndaşlarda məyusluq hissinin yaranmasının qarşısını alır. Bir ziyarət ərzində vətəndaşlar bir neçə xidmətdən yararlana bilər. Bütün ASAN xidmət mərkəzlərində xidmət haqları xüsusi quraşdırılmış monitorlarda və istifadəçilər arasında paylanan qiymət vərəqələrində göstərilib. Bu vərəqələrdə, həmçinin, tələb olunacaq sənədlər də əvvəlcədən siyahıya alınır. Yenilik bu işin, bu təşəbbüsün əsasını təşkil edir. Korrupsiya ehtimalını yox dərəcəsində saxlamaq üçün dövlət işçilərinin ödənişlə heç bir əlaqəsi yoxdur. Biz hər zaman ASAN xidmət mərkəzlərinin işinin mükəmməlləşməsinə çalışırıq. Orta yaş həddi 25 olan ASAN xidmət mərkəzlərinin işçi heyəti hər cür vəziyyətdə və şəraitdə intensiv təlim keçiblər. ASAN sisteminin bünövrəsində cavabdehlik dayanır və vətəndaşlara Skype, Facebook və başqa sosial şəbəkələr vasitələrlə öz fikirlərini bildirmək tövsiyə olunur. ASAN əməkdaşları yaxşı işlədiklərinə görə mükafatlandırılır. Bu xidmətin yaxşılaşdırılması barədə fikirlərini və tövsiyələrini vətəndaşlar ASAN sisteminin yaratdığı "İdeyalar Bankı"nda bildirə bilərlər. Buna misal olaraq, bütün ASAN mərkəzlərində uşaqlar üçün ayrılmış xüsusi otaqları göstərmək olar. Bu otaqlarda, uşaqlar valideynləri ASAN xidmətindən istifadə edən müddətdə, saxlanılır".
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və İctimai Əlaqələr şöbəsinin rəhbəri Azad Cəfərli əlavə edib ki, "ASAN xidmət mərkəzləri şəbəkəsi bürokratiyanın səviyyəsinin aşağı salınması üçün yaradılıb: "Sorğu və təkliflər "108" telefon nömrəsi ilə ödənişsiz sorğu mərkəzinə zəng, eləcə də, "Facebook" və "Twitter" vasitəsilə oluna bilər. Müəyyən müddət əvvəl işə salınan səyyar ASAN xidməti vətəndaşlara öz evlərində xidmət göstərir və bu xidmət müqabilində əlillərdən və fiziki qüsurlu şəxslərdən xidmət haqqı alınmır. ASAN xidmətinin qapıları həftənin bütün günləri vətəndaşların ziyarətinə açıqdır. Bu yaxınlarda ASAN xidməti yüksək keyfiyyət göstəricisi olan İSO 9001:2008 sertifikatını alıb. ASAN xidmət mərkəzi "bir pəncərə" prinsipi ilə fəaliyyət göstərən və hər zaman yüksək göstərici sertifikatını saxlayan yeganə agentlikdir. Hazırda biz, mobil xidmət növü olan ASAN 2 sisteminin iş prinsipi üzərində işləyirik. Biz, artıq, "ASAN-imza" anlayışını tətbiq etməyə başlamışıq. Vətəndaşların maraqlarına cavab vermək və onların gözləntilərini qarşılamaq üçün ASAN hər zaman inkişaf edir: məsələn, pasportun bir saata hazırlanması barəsində gərgin iş və müzakirələr gedir. Azərbaycanda ASAN başqa hökumət idarələri üçün nümunəvi ictimai xidmət üzrə standartlar müəyyən edib".
Lord Kilkluni Bakıdakı ASAN xidməti mərkəzinin heç bir ölkədə analoqu olmayan, çox səmərəli bir sistem olduğunu qeyd edib.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer bu yaxınlarda Azərbaycana səfəri zamanı Bakıda ASAN mərkəzində olduğunu, bütün yaş və cinsindən asılı olmayaraq o xidmətlərdən yararlanan insanlarla görüşməsi haqqında məlumat verdi: "Şübhəsiz ki, bu mərkəzlərin korrupsiyanın səviyyəsinin aşağı salınmasında və ictimai inamın artırılmasında rolu böyükdür. Mən bu modelin digər ölkələrdə ötürülməsinin və tətbiqinin tərəfdarıyam. Burada şəffaflığa riayət edilməsi əsas məsələlərdən biridir"
Sonra ASAN rəsmiləri Londondakı Vestminister Şurasını (yerli özünüidarəetnə orqanı) ziyarət edib, elektron hökumət xidmətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar. Hüquqi Şəxslər və Müştərilərə Xidmət Şurasının üzvü Melvin Kaplan çağrı mərkəzlərinin göstərdiyi xidmətlərin internet xidmətləri ilə əvəz edilməsində illik xərclərin azalmasının 100 million funta çatmasından danışıb.
Daha sonra, qonaqlar, əvvəllər müxalifətin kölgə hökumətinin yerli özünüidarəetmə orqanlarının icra aparatının rəhbəri olub, hazırda isə parlamentin üzvü olan Endy Sofordla da görüşüblər. O, belə görüşlərin mütəmadi keçirilməsinin tərəfdarı olduğunu dilə gətirib və qeyd edib ki, ASAN xidmət modeli Britaniya hökumətində də tətbiq oluna bilər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB